Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib

17.11.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan vətəndaşı Xəlilov Əkbər Tariyel oğlu Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əkbər Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Əkbər Xəlilov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью