Axtarışda olan Azərbaycan vətəndaşı Yekaterinburqda saxlanılıb

18.12.2024

News24 saytına istinadən Icma.az xəbər verir.

Yekaterinburq dəmir yolu vağzalında İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ural Federal Dairəsi üzrə Nəqliyyat Departamentinin mətbuat xidməti məlumat yayıb.

O, ötən həftə Yekaterinburq vağzalında platformada saxlanılıb.

52 yaşlı Azərbaycan sakini dələduzluqda şübhəli bilinir. Həmin şəxs mayın 10-da beynəlxalq axtarışa verilib. O, Rusiya Federasiyası ərazisində bu müddət ərzində polisdən gizlənməyə çalışıb.

Qeyd edək ki, saxlanılan şəxsin ölkəmizə ekstradisiyası yaxın zamanda təmin olunacaq. 

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью