Axtarışda olan İmişli sakini gürcüstanda tutulub

31.10.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan vətəndaşı Samir Salah oğlu Mehdiyev Gürcüstandan ölkəyə ekstradisiya olunub.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, İmişli Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə S.Mehdiyev Cinayət Məcəlləsinin dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan olunub.

S.Mehdiyev Gürcüstanda saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью