Axtarışda olan şəxs bulvarda özünü DƏNİZƏ ATDI

27.02.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda itkin düşmüş kimi axtarışda olan şəxsin intihar etdiyi məlum olub.
Bizim.Media xəbər verir ki, fevralın 21-dən axtarışı aparılan paytaxt sakini Oleq Baranov həmin gün saat 09 radələrində özünü dənizə atıbmış.
Aparılan araşdırmalarla O.Baranovun Səbail rayonu Neftçilər prospekti yaxınlığında Dənizkənarı Milli Parkın ərazisində özünü suya atması müəyyən edilib.
Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırmalar davam etdirilir. (Qafqazinfo)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью