Axtarışda olan şəxs sərxoşluğu ucbatından yaxalandı VİDEO

25.06.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda yol hərəkəti zamanı ziqzaqvari hərəkət edən elektrikli motosiklet sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtosfer.az xəbər verir ki, sürücünün davranışlarından şübhələnən polis əməkdaşları onu yoxlama məqsədilə dayandırıblar. Aparılan araşdırma zamanı şəxsin ayaq üstə dayanmaqda çətinlik çəkdiyi müəyyən edilib.

Alkotest yoxlamasının nəticələrinə əsasən, sürücünün qanında 250 promil alkoqol aşkarlanıb. Bundan əlavə, onun barəsində 2 il müddətinə qüvvəyə minmiş azadlıqdan məhrumetmə cəzası olduğu və axtarışda olduğu üzə çıxıb.

Qanun pozucusu barəsində 133 min Türkiyə lirəsi (təxminən 5 600 manat) məbləğində cərimə tətbiq edilib. Daha sonra o, saxlanılaraq polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью