Axtarışda olan şəxsləri polis belə tapdı Şüphəlilər saxlanıldı

16.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabrın 15-də Azərbaycanda cinayətlərin açılması və axtarışda olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar həyata keçirilib.

Bu barədə "Yeni Sabah"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Sezar pizza

Axtarışda olduğuna görə ümumilikdə 141 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 103 nəfər borclu şəxs qismində axtarışda olub.

Həmçinin narkotiklərlə əlaqəli 16 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью