Axtarışda olan türkmənistanlı MMA döyüşçüsü Azərbaycanda ələ keçdi

24.01.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İctimaiyyət arasında "Daltonlar" kimi tanınan cinayət qruplaşmasına qarşı keçirilən əməliyyatlar çərçivəsində təşkilatın tanınmış simalarından daha biri ələ keçirilib.
"Dalton İntizar" ləqəbi ilə tanınan MMA döyüşçüsü İntizar Babaniyazov Azərbaycanda saxlanıldıqdan sonra Türkiyəyə aparılıb.
Türkmənistan vətəndaşı olan Babaniyazovun müxtəlif xarici GSM nömrələri vasitəsilə vətəndaşlara zəng edərək pul tələb etdiyi, tələbləri yerinə yetirilmədikdə isə iş yerlərinə silahlı hücumlar təşkil etdiyi iddia olunur.
İstanbula gətirilən Babaniyazovun polis bölməsindəki dindirilməsi zamanı onun 2 hədə-qorxu və 4 silahlı basqın olmaqla, ümumilikdə 6 ayrı cinayət əməlində iştirak etdiyi müəyyən edilib. Şübhəlinin adının Serdar Öktem qətlində də hallandığı iddia edilir.
Polis bölməsindəki prosedurları başa çatan Babaniyazov prokurorluq tərəfindən dindirildikdən sonra hakim qarşısına çıxarılıb. Şübhəli barəsində həbs qətimkan tədbiri seçilib və o, həbsxanaya göndərilib.

(oxu.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью