Axtarışı aparılan şəxs bulvarda intihar edibmiş

27.02.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda itkin düşmüş kimi axtarışda olan şəxsin intihar etdiyi məlum olub. 

Gununsesi.info nun əldə etdiyi məlumata görə, fevralın 21-dən axtarışı aparılan paytaxt sakini Oleq Baranov həmin gün saat 09 radələrində özünü dənizə atıbmış.

Aparılan araşdırmalarla O.Baranovun Səbail rayonu Neftçilər prospekti yaxınlığında Dənizkənarı Milli Parkın ərazisində özünü suya atması müəyyən edilib.

Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью