Axtarışlar başladı “Neftçi”ni kim çalışdıracaq?

24.11.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Baş məşqçi Samir Abasovla vidalan “Neftçi”də bu posta axtarışlar davam edir.

Futbolpress.az-əldə etdiyi məlumata görə, “komandanın sükanı” əcnəbi mütəxəssisə tapşırılacaq. Rəhbərlik bir neçə variantı nəzərdən keçirir. Təyinatın yaxın zamanda həll ediləcəyi gözlənilir.

“Neftçi” Premyer Liqada 12 turdan sonra 15 xalla 12 komanda arasında 8-ci sıradadır.

Samir Abasov 2024-cü ilin oktyabrından “ağ-qaralar”ı çalışdırırdı.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью