Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lent.az-ın müsahibi filosof Müşfiq Ötgündür - Bir filosof kimi cəmiyyətin ümumi mənzərəsini necə təsvir edərsiz?
- Xüsusi bir problem görmürəm. Adətən, ziyalılara sual verəndə başlayırlar hansısa pis bir özəlliyə sahib olmaqdan ki, ay biz bədbəxtik, biz
Bir həkim qılıfına girib resept yazmağa başlayırlar. Mən elə bir problematik durum görmürəm. Kimdənsə geri qaldığımızı da düşünmürəm.
Bizə normalda Qərbi örnək göstərirlərsə, mən insanilik baxımından Qərbdən çox da geri olduğumuzu görmürəm.
Doğrudur, institut olaraq bəzi geriliklərimiz var. Məsələn, iqtisadi, hüquqi infrastrukturumuz.
Amma insani perspektivdə bu xalqın böyük bir problemi varmı? İnsana, ağsaqqala hörməti azalıbmı? Qonaqpərvərliyi azalıbmı?
Bu baxımdan mən böyük bir problem görmürəm. Məsələ burasındadır ki, hər cəmiyyət daima bir dilemma içərisində olur.