Ay bazalarında bu bitkilər yetişdirilə bilər

10.09.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Gələcəkdə Ay bazaları və digər kosmik qurğularda buğda, şirin bibər, pomidor və müxtəlif yaşıl bitkilərin yetişdirilməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Biotibbi Problemlər İnstitutunun elmi katibi, biologiya elmləri doktoru Marqarita Levinskix "TASS"a bildirib.

Onun sözlərinə görə, kosmik şəraitə uyğun yeni bitki sortlarının yetişdirilməsi mürəkkəb prosesdir. Belə bitkilər kosmik mühitə yüksək davamlılığa və müəyyən fiziki xüsusiyyətlərə malik olmalıdır.

Levinskix qeyd edib ki, kosmosda yetişdirilən pomidorlar əsas biokimyəvi xüsusiyyətlərini qorusa da, onların molekulyar mexanizmlərində dəyişikliklər müşahidə olunub.

Alim bildirib ki, gələcəkdə bu toxumların genetik aparatında dəyişikliklər edilə bilər. Bu isə uzunmüddətli kosmik missiyalar üçün xüsusi bitki sortlarının yaradılmasına imkan verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью