Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
BMT kosmosun tədqiqinin sülh məqsədli olması lazım gəldiyini bəyan edir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu mövqeni BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Belə ki, Düjarrikdən ABŞ Prezidenti Donald Trampın Ayın ABŞ-yə məxsus olması barədə bəyanatını şərh etməsi istənilib.
O, “Biz kosmosun sülh yolu ilə tədqiqinə inanırıq”, – deyə cavab verib.
Qeyd edək ki, sentyabrın 6-da ABŞ Prezidenti Yerin peykinin fotosunu paylaşaraq ona “Ay bizimdir” şərhini əlavə edib.