Ay ərzində KTMə zəhərlənmə ilə bağlı 93 nəfər qəbul edilib

28.11.2024

Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 20 nəfər sirkə turşusundan, 5 nəfər göbələkdən, 4 nəfər ilan sancmasından, 4 nəfər botulizmdən, 4 nəfər etanoldan, 1 nəfər layelladan zəhərlənən şəxslərdir.
Kliniki Tibbi Mərkəzdən "Operativ Media"ya verilən məlumata görə, həmçinin onlardan 6-sı allergik reaksiya, 3-ü fosfor üzvi birləşmələrdən, 2-si dəm qazından zəhərlənmə, 2 nəfər isə həşərat sancması səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusundan (2 nəfər), layella sindromu (1 nəfər) və göbələk zəhərlənməsindən (1 nəfər) qeydə alınıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью