Ay ərzində Xəzərdə 56 zəlzələ olur

31.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün Xəzər dənizində 2 zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Belə ki, ilk zəlzələ yerli vaxtla 06:40-da 3.5 bal gücündə qeydə alınıb. Zəlzələnin dərinliyi 17 km olub.

İkinci zəlzələ isə yerli vaxtla saat 6:46-da 3 bal gücündə olub. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.

Ard-arda baş verən zəlzələlər isə əhali arasında narahatlıq yaradıb.

Təbii fəlakətlə bağlı Bakıvaxtı.az-a açıqlama verən AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin mətbuat katibi Vüsalə Rafiqqızı bildirib ki, Xəzər dənizi bizim seysmik baxımdan aktiv olan bölgələrimizdən biridir və ay ərzində Xəzərdə bəzən 5-6, bəzən isə say baxımından bir az da çox olan, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər baş verir.

Vüsalə Rafiqqızı: Seysmik baxımdan aktiv olan bölgələrdə...

V.Rafiqqızı nəzərə çatdırıb ki, bu ilin fevral ayında Xəzər dənizində maqnitudası 3 və 3-dən böyük olan 6 zəlzələ, oktyabr ayında isə maqnitudası 3 və 3-dən böyük olan 5 zəlzələ qeydə alınıb.

Onun sözlərinə görə, seysmik baxımdan aktiv olan bölgələrdə belə zəlzələlərin olması mümkündür:

"Əsas olan zəlzələlərin maqnitudasının çox böyük olmamasıdır. Dəfələrlə də qeyd etdiyimiz kimi, xırda zəlzələlərin baş verməsi o baxımdan yaxşıdır ki, zəlzələ ocaqlarında enerji boşalması gedir və hər gün stansiyalarımız tərəfindən onlarla xırda təkanlar (maqnitudası 3 -dən kiçik) zəlzələlər qeydə alınır. Odur ki, bu saata qədər Xəzər dənizində baş verən xırda zəlzələlərlə bağlı narahatçılığa əsas yoxdur".

Mina Mikayılova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью