Icma.az, Footbal-plus saytına istinadən bildirir. Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində “Qarabağ” sabah “Ayntraxt”ı
Təbii ki, istər Azərbaycan mediasında, istərsə də də futbol ictimaiyyətində “Qarabağ”ın qələbəsinə inam hədsiz böyükdü.
Əsas dəlil də odu ki, qonaqların bir neçə, konkret 6 futbolçusu zədəlidi.
Gəlin, sabahkı oyunu buraxmaq ehtimalı olan futbolçuların cari mvsümdəki göstəriciləri ilə tanış olaq.
Meydana çıxa bilməyəcək üç futbolçu:Elyas Baum. Avqustdan bəri cəmi 14 dəqiqə oynayıb. Uzun müddətdi zədəlidi. Conatan Burkardt.
Ən ciddi itkilərdən biridi. Mərkəz hücumçusu yüksək qol duyumuna malikdi.
Çempionlar Liqasında 5 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib. Bundesliqada 10 oyuna çıxıb, 8 qolla yadda qalıb.Timoti Çendler.
ABŞ-dən olan yarımmüdafiəçi bundesliqanın cari mövsümündə bir dəqiqə də meydanda görünməyib.