Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI

20.08.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Avqustun 28-də baş verəcək qismən tutulma zamanı Ayın 90 faizdən çoxu Yer kürəsinin kölgəsinə düşəcəyi üçün onun demək olar ki, bütün səthi qırmızımtıl rəng alacaq.

Modrator.az xəbər verir ki, bu barədə TASS-a Moskva Planetariumunun metodiki dəstək şöbəsinin rəhbəri, astronom Lyudmila Koşman məlumat verib.

"Ay yalnız tam Ay tutulması zamanı qırmızımtıl-qəhvəyi çalarlara boyanır. Bu effekt Ayın Yerin kölgəsinə daxil olması və planetimizin atmosferindən keçən Günəş şüaları ilə işıqlanması nəticəsində yaranır. Yer atmosferinin vəziyyətindən asılı olaraq, Ay tünd-qırmızı, mis-qəhvəyi və ya al-qırmızı rəng ala bilər", - deyə astronom qeyd edib.

Tutulma avqustun 28-də Bakı vaxtı ilə 05:24-də başlayacaq və 11:02-də başa çatacaq.

Avqust ayındakı Ay tutulmasını Avropada, Asiyanın qərbində, Afrikada, Şimali Amerikada, Cənubi Amerikada, Sakit, Atlantik və Hind okeanlarında, eləcə də Antarktidada müşahidə etmək mümkün olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью