“Ay ulduzlular” yüzfaizlik nəticə ilə pley offa adladı! | Icma.az
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kişi basketbolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, A qrupunda Türkiyə - Serbiya oyunu böyük maraq doğururdu.
Serblər ümumilikdə turnirin favoriti sayılırsa, türklər də hər kəsə “əlcək atmağa” qadirdi.
Və “ay-ulduzlular” bu oyunda hakimin rəqibə müəyyən simpatiya göstərməsinə rəğmən, qalib gəlməyi bacardı.
28 xal və 13 ribaundla yadda qalan Alpərən Şəngün qələbəyə önəmli töhfə verdi. Serblərdən isə Nikola Yokiç 22 xal toplamağı bacardı.
Turnirlə bağlı daha bir maraqlı məqam son Avropa çempionu İspaniyanın qrupda qalmasıdı.
Xatırladaq ki, ilk 4 yeri tutanlar növbəti mərhələyə adlayıb.
Tam oxu
Xəbəri oxu