Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Ayda daimi və iqtisadi cəhətdən dayanıqlı bir baza qurmağı planlaşdırıram".
"Unikal" xəbər verir ki, bunu "Amazon" və "Blue Origin" kosmik şirkətinin qurucusu amerikalı milyarder Ceff Bezos deyib.
Bezos Ay missiyalarının artıq daha ucuz başa gələcəyini bildirib: "Aya qalmaq üçün gedirik. Bu, sadəcə bir missiya olacaq və geri qayıtmaq olmayacaq. Həqiqi və davamlı bir Ay bazası yaradılacaq".
Bezos 2028-ci ildə Aya insanların göndərilməsini mümkün sayıb.
Vaşinqtonun kosmik tədqiqatlarda Pekindən irəli getməli olduğunu vurğulayan Bezos "Çindən əvvəl Aya çatmalıyıq. İnanıram ki, bunu bacaracayıq", - deyə bildirib.