Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Ayağı qırılan Kadinin fədakar məşqi - Video
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə oyunda (2:2) zədələnən futbolçusu Kadi Borges hazırda fiziki məşqlər edir. Həm də bir ayağı sarıqda olsa da.
QOL.az-ın xəbərinə görə, onun intensiv fiziki məşqlər etdiyini fizioterepevt Nikolas Ruschel özünün sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Kadi noyabrın 5-də ağır zədə alıb. Ertəsi günü “Qarabağ” klubunun yaydığı açıqlamada bildirilib ki, Kadi “Çelsi” ilə oyundan dərhal sonra tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.