Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Alianza Lima” kulubunun futbolçusu Alan Kantero ayağına döyməsini etdirdiyi Messi ilə bir araya gəlib.
“Qafqazinfo” xəbər verir ki, o, komandasının “İnter Mayami”yə qarşı oyunundan sonra Messinin formasını alıb.
Hətta onlar bir-birlərini qucaqlayaraq bir an paylaşıblar.
“O, mənim kumirimdir. Onunla görüşəcəyimi heç təsəvvür etməmişdim. Bu bir yuxudur. Onu sevdiyimi söylədim, o mənim ilhamımdır”, - deyə Kantero hislərini belə ifadə edib.



