Icma.az bildirir, GlobalInfo portalına istinadən.
ABŞ-da Şayni adlı şəxs dostlarına öz ayağından hazırlanmış tako (Meskisa yeməyi) yedirib.
Globalinfo.az xəbər verir ki, o bu barədə “What Was It Like” verilişində çıxışı zamanı danışıb.
Şayninin sözlərinə görə, 2016-cı ildə motosiklet qəzası nəticəsində ayağının bir hissəsi amputasiya edildikdən sonra həkimləri razı salaraq amputasiya olunmuş hissəni götürüb. Əvvəlcə onu konserv etmək istəsə də, sonradan dostları ilə paylaşmağa qərar verib.
“Dostlarım məni üç-dörd dəqiqə çeynədilər. Bir dostuma yalnız əzələdən ibarət ət düşdü və o, uzun müddət çeynədikdən sonra uddu”, — Şayni qeyd edib.
O bildirib ki, ət çox sərt qalıb və 12 nəfərlik süfrədə nisbətən gərgin atmosfer yaranıb. Buna baxmayaraq, Şayni təcrübəsindən məmnun qalıb:
“Hamının bir araya gəlməsi çox gözəl idi. Mənim üçün özümü onlarla paylaşmaq xoş idi”.
Qeyd edək ki, ABŞ-da federal səviyyədə kannibalizm qanunla qadağan edilməsə də, Ayda-ho ştatında bu cinayət hesab edilərək həbs cəzası nəzərdə tutulub.
Safura Bənnayeva
Globalinfo.az