Ayağını qırdığı futbolçunu ziyarət etdi

09.12.2024

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah”ın futbolçusu Pavol Safranko oyun zamanı ayağına xəsarət yetirdiyi “Turan Tovuz”un futbolçusu Denis Marandiçini ziyarət edib.

Gununsesi.info xəbər verir ki, o, bununla bağlı instaqram hesabında paylaşım edib.

Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Turan Tovuz” – “Sabah” oyunu zamanı sözügedən futbolçuların top uğrunda mübarizəsi zamanı Marandiçinin ayağı qırılıb. Marandiçi bir neçə gün əvvəl əməliyyat olunub. O, bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью