“Ayaks” 150 nəfərlə oynasaydı belə, qol vura bilməyəcək”

26.11.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında “Ayaks”a qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Oyunun əvvəlində qol vurmaq komandaya müsbət təsir edir. Bu, həm hesab, həm də psixoloji üstünlük yaradır. Qələbə bizə turnirdə yeni nəfəs verdi. Heç-heçə olsaydı, durumumuz yenə çətin olacaqdı. Düşünürəm ki, qarşıdakı oyunlardan 9 xal toplasaq, yaxşı şanslarımız yaranacaq.

Oyunun sonlarında elə hiss yaranmışdı ki, “Ayaks” 150 nəfərlə oynasaydı belə, qol vura bilməyəcək. Futbolçularım əla iş gördülər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью