Ayaks 7 futbolçunu komandadan kənarlaşdırdı

30.06.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Niderlandın "Ayaks" klubu yeddi futbolçusunu komandadan kənarlaşdırıb.

Bakıvaxtı.az-ın "De Telegraaf"a istinadən məlumatına görə, Amsterdam təmsilçisinin texniki direktoru Aleks Kruz həmin oyunçulara kollektivlə məşqlərdə iştirak etməyəcəklərini söyləyib.

Bunlar qapıçı Cey Qorter, mərkəz yarımmüdafiəçiləri Branko van den Bomen, Kristian Hlinsson, hücumçular Kristian Rasmussen, Çuba Akpom və sol cinah vingerləri Borna Sosa ilə Karluş Forbşdur.

Klub heyətini gücləndirmək üçün vəsait toplamaq məqsədi ilə sözügedən futbolçuların hamısını satmağı planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью