Ayaks ı Bakıda neçə azarkeş dəstəkləyəcək?

05.12.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”la UEFA Çempionlar Liqasının VI tur matçında qarşılaşacaq Niderlandın “Ayaks” klubunun Bakıya gələcək azarkeşlərinin sayı açıqlanıb.

Bu barədə İdman.Biz-ə klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, Amsterdam təmsilçisi qarşılaşma üçün 1450 bilet istəyib.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью