Ayaks ın baş məşqçisi oyun qaydalarını pozdu

11.12.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında Qarabağ" Bakıda "Ayaks"a 2-4 hesabı ilə məğlub olub.

Mia.az xəbər verir ki, oyunun final fitindən sonra rəqib komandanın baş məqşçisi idman etikasına yaraşmayan hərəkət edib.

Belə ki, adətən oyundan sonra baş məşqçilər görüşür, əl verib sağollaşırlar. Amma oyun bitən kimi qonaqların baş məşqçisi Fred Qrim dərhal öz oyunçularına yaxınlaşaraq təbrik etməyə başlayıb. Qurban Qurbanov həmkarının arxasıyca baxdıqdan sonra media nümayəndələri ona yaxınlaşıb və bundan sonra o da öz yoluna davam edib.

Qeyd edək ki, məşqçilərin oyundan sonra görüşməsi protokol qaydadır. Buna əməl olunmaması xəbərdarlıq və cərimə ilə nəticələnə bilər.

Onu da qeyd edək ki, "Qarabağ" bu nəticədən sonra 7 xalla 21-ci pilləyə enib. "Ayaks" isə ilk 3 xalını Bakıda qazanıb.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью