Ayaks ın qənim i faciəli şəkildə dünyasını dəyişdi

26.06.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Niderlandlı sabiq futbolçu Mats Qrotenberq faciəli şəkildə vəfat edib.

Fanat.Az xəbər verir ki, məlumatı "Vitess" klubu yayıb. 

Sözügedən klubun yetirməsi olan (2012-2018-ci illər aralığı) futbolçu 28 yaşında dünyasını dəyişib. 

"AD.nl"-in məlumatına görə, Qrotenbreq "Mookerplas" istirahət zonasında (Limburq, Niderland) üzərkən "qayıqla toqquşma nəticəsində" ölüb. Polis bir nəfəri həbs edib və hadisənin başvermə səbəbləri ilə bağlı əlavə araşdırma aparır.

Qrotenbreq PSV və "Vitess" klublarının gənclər akademiyalarında, eləcə də "Herkules" komandasında oynayıb. O, 2023-cü ildə Niderland Kubokunda "Ayaks"a 3:2 qalib gələrək turnirdən uzaqlaşdırdıqları görüşdə qol vurub. O, Niderlandın 18 yaşadək gənclərdən ibarət millisində oynayıb.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью