Ayaks ın seçimi bəlli oldu

09.06.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Ayaks”ın və Niderland yığmasının sabiq futbolçusu Con Heytinqa Amsterdam klubunun baş məşqçisi təyin olunub.

"Football-plus.az" xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Heytinqa 2023-cü ilin yanvarından iyununa kimi “Ayaks”ın baş məşqçisi vəzifəsini icra edib, sonra isə “Liverpul”da Arne Slotun məşqçi korpusunda çalışıb.
Ötən mövsüm Amsterdam klubu sonda 1-ci yeri əldən verərək erediviziyada 2-ci yeri tutduğundan Françesko Farioli baş məşqçi vəzifəsini tərk edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью