Ayaks ın Zinçenko planı icarəyə götürməsə də... | Icma.az
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Ayaks" "Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenkonu icarəyə götürməyəcək, onu birdəfəlik transfer edəcək.
Daha əvvəl Erediviziya klubunun hazırda "Nottingem Forest"də çıxış edən ukraynalı futbolçunu icarəyə götürəcəyi bildirilirdi.
Sportal.az "Voetbal International" nəşrinə istinadən xəbər verir ki, bütün tərəflər daimi transfer barədə razılığa gəlib.
"Ayaks"ın icarə üçün ödəməli olduğu məbləğ indi 29 yaşlı oyunçunun transferi üçün istifadə olunacaq.
Zinçenko tibbi müayinədən keçəcəyi təqdirdə "Ayaks"la mövsümün sonuna qədər müqavilə imzalayacaq.
Əməkdaşlıq uğurlu alınarsa, klub və futbolçu müqavilənin uzadılmasını müzakirə edə bilərlər.
saytlarin hazirlanmasi Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu