“Ayaks” “Makkabi” oyunu qanla bitdi: yəhudiləri çaya atdılar, 10 yaralı var Netanyahu iki təyyarə göndərdi (FOTO)

08.11.2024

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

UEFA Avropa Liqasının 4-cü turunda Nidrlandda "Ayaks" - "Makkabi Təl-Əviv" matçından əvvəl və sonra dava düşüb

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyundan əvvəl “Makkabi Tel-Əviv” azarkeşləri bir binaya asılmış Fələstin bayrağını endirmək istəyib.

Məlumata görə, bu zaman bölgədəki müsəlmanlar bayrağı endirən İsrail tərəfdarlarına hücum çəkərək onları döyüb, bir neçəsini isə soyuq havada çaya atıblar.

Oyunda da zaman-zaman israilli tərəfdarlar bölgəsində gərginlik yaranıb.

Oyundan sonra isə yenidən dava olub və İsraildən gələn 10 tərəfdar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisəyə operativ reaksiya verən İsrailin Baş naziri Netanyahu hadisəni pisləyib: "Təəssüf ki, 10 vətəndaşımız yaralanıb...".

O bildirib ki, İsrail tərəfdarlarını Hollandiyadan çıxarmaq üçün iki təyyarə göndərilib.

Xatırladaq ki, oyun "Ayaks"ın 5-0-lıq qələbəsi ilə başa çatıb.

Onu da qeyd edək ki, noyabrın 28-də İstanbulda oynanılması nəzərdə tutulan UEFA Avropa Liqası çərçivəsində “Beşiktaş”la İsrail təmsilçisi “Makkabi Təl-Əviv” matçı UEFA-nın qərarı ilə neytral meydançada oynanılacaq. Hələlik həminn neytral ölkə və statdion müəyyənləşməyiob.

Fərid Aslan
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью