“Ayaks” Qarabağ la görüşə “Neftçi”nin bazasında hazırlaşacaq

08.12.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Apasport.az xəbər verir ki, baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 9-da saat 17:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:15-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) 14:00-da “Neftçi” Futbol Mərkəzində, mətbuat konfransı isə 16:15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

"Qarabağ"ın U-19 komandasının "Ayaks"la matçının təyinatları açıqlanıb "Qarabağ" - "Ayaks" oyununu sloveniyalı hakim idarə edəcək Millimizin qapıçısı Super Liqada klubunu dəyişib "Sabah" evdə "Neftçi”ni qəbul edəcək - YENİLƏNİR Günün oyunları bu kanallarda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью