Ayaks üçün Bakıya xeyli sayda azarkeş gələcək

16.11.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ayaks" üçün Bakıya xeyli sayda azarkeş gələcək

UEFA Çempionlar Lİqasının Liqa mərhələsinin 6-cı turunda "Qarabağ"ın qonağı olacaq "Ayak"ı Bakıda xeyli sayda azarkeş dəstəkləyəcək.

QOL.az "ajaxlife" saytına istinadən xəbər verir ki, Niderland klubunun fanatları üçün 1970 bilet ayrılıb.

Azərbaycan səfərinə isə 1443 azarkeşin gələcəyi bildrilib. Bu isə ötən mövsüm "Ayaks"la "Qarabağ"ın Bakıdakı oyunundakından xeyi çoxdur.  Ötən ilin oktyabrında UEFA Avropa Liqasının Liqa mərhələsində keçirilən "Qarabağ" - "Ayaks" matçında (0:3) rəqib komandanın 450 azarkeşi olub.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov asına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matçı saat 21:45-də başlayacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью