Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna millisinin sol cinah müdafiəçisi Aleksandr Zinçenko karyerasını Niderlandın "Ayaks" klubunda davam etdirəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Amsterdam təmsilçisi X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.
Bundan əvvəl mətbuatda yayılan xəbərlərə görə, paytaxt klubu Zinçenkonun transferi üçün London "Arsenal"ına 1,5 milyon avro ödəyəcək. Müqavilədə futbolçunun Çempionlar Liqasındakı çıxışları ilə bağlı bonusların da yer aldığı bildirilir.
Cari mövsümdə Aleksandr Zinçenko icarə əsasında "Nottinqem Forest"in formasını geyinib. O, komandanın heyətində 10 oyunda iştirak etsə də, məhsuldar fəaliyyətlə yadda qalmayıb. Daha əvvəl Zinçenko “Mançester Siti”, "Ufa" və PSV klublarında çıxış edib.
Ukraynalı futbolçu 2022-ci ildə "Arsenal"a transfer olunmuşdu. O, "topçular"ın heyətində bütün turnirlərdə ümumilikdə 91 oyuna çıxıb və üç qol vurub.