Ayaks Van der Vartla müqavilənin müddətini uzadıb

08.01.2025

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Niderlandın "Ayaks" klubu məşhur futbolçu Rafael Van der Vartın oğlu Damianla müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı futbolçu ilə müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Danimarkanın "Esbyerq" klubunun yetirməsi olan yarımmüdafiəçi 2023-cü ildə "Ayaks"a keçib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью