Ayaks Zinçenkonu bu qiymətə alır O, bu gün Amsterdamda olacaq

30.01.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Arsenal"ın sol cinah müdafiəçisi Aleksandr Zinçenko bu gün "Ayaks"la müqavilə bağlamaq üçün Amsterdama uçacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, London təmsilçisi Ukrayna millisinin futbolçusunun satışından 1,5 milyon avro və məyyən bonuslar qazanacaq.

Qeyd edək ki, bu mövsüm  icarə əsasında formasını geyindiyi "Nottingem Forest"in heyətində 10 matça çıxan Zinçenko məhsuldar göstəricilərlə yadda qalmayıb.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью