“Ayaks”a kim təyinat alacaq?

15.11.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Ayaks”da baş məşqçi problemi tezliklə yoluna qoyulacaq.
"Football-plus.az" xəbər verir ki, insayder Florian Plettenberqin məlumatına görə, Niderland klubuna “Volfsburq”un sabiq baş məşqçisi Paul Simonis təyinat ala bilər. Artıq klubun texniki direktoru Aleks Kroos 40 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
“Ayaks” Niderland çempionatının 12-ci turundan sonra lider PSV-dən 11 xal geri qalaraq 20 xalla 4-cü yeri tutur. Yeri gəlmişkən, “Qarabağ”la “Ayaks” arasında Çempionlar Liqasının 6-cı turunun oyunu dekabrın 10-da Bakıda olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью