“Ayaks”dan sürpriz transfer

02.09.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Niderlandın “Ayaks” klubu növbəti transferini rəsmiləşdirib.

Futbolpress.az xəbər verir ki, Amsterdam təmsilçisi “Borussiya Dortmund”un keçmiş yarımmüdafiəçisi Yulian Brandtı heyətinə qatıb. Azad agent statusunda olan 30 yaşlı almaniyalı futbolçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

​2019–2026-cı illərdə “Borussiya”nın şərəfini qoruyan Brandt bu müddətdə keçirdiyi 297 rəsmi matçda 56 qol və 68 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью