Ayan Allahverdiyevadan vacib qələbə

07.03.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Ayan Allahverdiyeva Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatında medal qazanmaq şansını qoruyur. Sport24.az xəbər verir ki, Azərbaycan şahmatçısı sonuncudan əvvəlki turda macarıstanlı Joka Qaala qalib gəlib. 

Xalını 7,5-ə çatdıran Allahverdiyeva ikinci yerə yüksəlib. O, lider Anna Şuxmandan (FIDE) yarım xal geri qalır.

Allahverdiyeva sonuncu - 11-ci turda yeddi xalla 8-ci yerdə qərarlaşan özbəkistanlı Afruza Xamdamova ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью