Ayan Babakişiyeva Aygünün ad gününə niyə qatılmayıb?

28.01.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müğənni Ayan Babakişiyeva sosial şəbəkə hesabında paylaşım edərək Aygün Kazımovanın ad günündə iştirak etməməsinin səbəbini açıqlayıb.

Ölkə.az xəbər verir ki, sənətçi səhhətində yaranan bəzi problemlərə görə tədbirə qatıla bilməyib:

“Mənim əzizlərim, dünəndən hər kəs məndən soruşur, izləyicilərim də həmçinin. Səhhətimdə yaranan bəzi məsələlərə görə mən ürəyimdə bambaşqa yeri olan Aygün Kazımovanın ad günündə iştirak edə bilmədim. Məni tanıyan və bilən hər kəs bilir ki, mən onu nə qədər çox sevirəm. Dəvət olunmuşdum və səhnə çıxışım da planlaşdırılmışdı. Sadəcə iştirak edə bilmədim".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью