Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Ayan Babakişiyeva ev təmizliyi ilə bağlı həssaslığından danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşamı” proqramında danışıb. O, evdə təmizliyə xüsusi önəm verdiyini və xüsusilə də mətbəxi başqa birinin təmizləməsinə icazə vermədiyini bildirib:
“Məndə ev təmizliyi psixoloji problemdir. İlk növbədə, mətbəxi başqa adamın təmizləməsinə icazə vermirəm. Yeməkləri belə özüm bişirirəm. Mən təmizlik xəstəsiyəm. Bu, məndə psixoloji travmadır”.