Ayan özü də təəccübləndi “Havalıdır” viral oldu

10.08.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Müğənni Ayan Babakişiyeva yeni mahnısı “Havalıdır”la bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi mahnının qısa müddətdə sosial şəbəkələrdə viral olmasına təəccübləndiyini bildirib. O, “Havalıdır”ın TikTok və instaqramda dinləyicilər tərəfindən paylaşılaraq sevildiyini qeyd edib.

“Mənim əzizlərim, inanın, o qədər sevincliyəm ki, “Havalıdır” mahnımız dayanmadan TikTok və instaqramda sürətlə sizin sayənizdə paylaşılır və sevilir. Minnətdarlıq, sevgiylə sizə təşəkkür edirəm. Sayılı günlər qalıb ki, klipi təqdim edəcəyik, tam mahnını dinləyəcəksiniz” deyə, Ayan paylaşımında yazıb.

Sənətçi mahnıya klip də çəkdirib. mahnının tam versiyası kliplə birlikdə təqdim olunacaq.
 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью