Ayan pişiyini lüks restoranda yemlədi Qınandı VİDEO

13.06.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Müğənni Ayan Babakişiyeva sosial şəbəkədə paylaşdığı görüntülərlə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, yayılan kadrlarda sənətçinin ev heyvanını lüks restoranlardan birində yemlədiyi görünür. Görüntülər qısa müddətdə internetdə geniş yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub.

Bəzi izləyicilər paylaşımı maraqlı qarşılasa da, bir çox sosial media istifadəçisi restoranda gigiyenik qaydalarla bağlı narahatlıqlarını ifadə edib. Onlar ictimai iaşə məkanlarında istifadə olunan qab-qacaq və digər vasitələrin təmizlik standartlarının qorunmasının vacibliyini vurğulayaraq sənətçinin addımını tənqid ediblər.

Sosial şəbəkələrdə mövzu ilə bağlı çoxsaylı şərhlər yazılıb və görüntülər geniş müzakirələrə səbəb olub. 

Musa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью