Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müğənni Ayan Babakişiyeva yalnız bir parçasını yaydığı və hitə çevrilən "Havalı" mahnısını və ona çəkdirdiyi klipi təqdim edib.
Axşam.az xəbər verir ki, bəstənin sözləri və musiqisi Camal Qurbanova məxsusdur. Ayan klipdə bir-birindən fərqli obrazlarda kamera qarşısına keçib.
Sənətçinin stili üzərində Səbinə İmanova çalışıb.
Qeyd edək ki, ifaçı mahnıdan bir parçanı bir müddət əvvəl paylaşıb. Mahnıya yüzlərlə video çəkilib, sosial şəbəkədə trend olub.