Ayanın yenə göz yaşları sel oldu Nə baş verir? (Video)

12.08.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Müğənni Ayan Babakişiyeva sosial şəbəkədə paylaşdığı görüntülərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi yeni "Havalıdır" mahnısını ifa etdiyi anları izləyiciləri ilə bölüşüb. Videoda Ayanın mahnını səsləndirərkən duyğulandığı və göz yaşlarını saxlaya bilmədiyi görünür.

Sənətçinin emosional görüntüləri qısa müddətdə izləyicilərin marağına səbəb olub. Paylaşımın şərh bölməsində onun hansı səbəbdən kövrəldiyi ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

Ayan Babakişiyevanın mahnını ifa edərkən yaşadığı duyğusal anın səbəbi isə açıqlanmayıb. Xatırladaq ki, ifaçı bir müddət əvvəl də kövrək anlarını izləyiciləri ilə bölüşmüşdü.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью