Ayaq dırnaqlarını bu cür kəsmək dəriyə ziyan verir

17.07.2025

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ayaq sağlamlığı üzrə mütəxəssis Hektor Alonso düzgün kəsilməmiş dırnaqların batma riskini artırdığını bildirib.

Redaktor.az xəbər verir ki, o bu barədə  "Vanitatis" nəşrinə verdiyi müsahibədə ev şəraitində bu prosedurun necə aparılmalı olduğunu izah edib.

“Dırnaqlarınızı düz kəsmək lazımdır. Sonra yanlardakı iti kənarları düzəltmək lazımdır”, - Alonso qeyd edib.

Onun sözlərinə görə, bu üsul dırnaqların batmasının və gəzinti zamanı narahatlıq yaranmasının qarşısını alır.

Lakin bir çox insan dırnaqlarını kəsərkən onları yuvarlaqlaşdırır. Bu estetik baxımdan gözəl görünsə də, təhlükəlidir.

Mütəxəssis bildirib ki, bu halda dırnaq böyüdükcə həmin əyriliyi izləyir. Nəticədə, dəriyə zərər verir və içinə doğru uzanmağa başlayır.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью