Icma.az bildirir, Unikal.az portalına istinadən.
Türkiyənin şərqində soyuq hava kütlələri cərəyan edir.
"Unikal" xəbər verir ki, Hakkarinin Yüksekova rayonunda şaxtalı hava səbəbindən ayaq üstə donaraq ölən bir tülkü tapılıb.
Tülkünü qarın üzərində hərəkətsiz qalması diqqət çəkib. Ehtimallara görə, canlı yemək axtarışına görə, yuvasından çıxıb və soyuqdan donaraq ölüb. Tülkünün acınacaqlı taleyi insanları kədərləndirib.