Ayaqlarını itirən nazir: Yeriməyi tamamilə unutmuşam...

12.04.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeriməyi öyrənirəm. Təsəvvür edirdim ki, protezi taxan kimi inamla addımlamağa başlayacağam. Amma məlum oldu ki, yeriməyi tamamilə unutmuşam.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Yakutiya vilayətinin gənclər və sosial kommunikasiyalar üzrə naziri Pyotr Şamayev deyib.

Fevral ayının əvvəlində minaya düşən nazir hospitalda müalicə alır və protezlə yeriməyi öyrənir.

“Yenə də çox sevinirəm ki, ayağımı hiss edə bilirəm, sadəcə ayaq üstə dayanmaq belə xoşdur. Hər kəsə və özümə söz verirəm: mən hələ futbol da oynayacağam, bir az vaxt verin”, - P.Şamayev bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью