Ayasofya məbədində bərpa işləri aparılır

28.08.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul, 28 avqust, AZƏRTAC

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Ayasofya məbədində davam edən bərpa işlərini yerində araşdıraraq son vəziyyət barədə məlumat alıb.

AZƏRTAC xəbər verir ki, nazir Ayasofyanın tarixinin ən genişmiqyaslı bərpa prosesinə cəlb olunduğunu deyib.

Bildirilib ki, dörd mərhələdən ibarət bərpa işlərinin üçü artıq tamamlanıb. Hazırda əsas günbəz, minarələr, mozaikalar və digər tarixi elementlərin bərpası və möhkəmləndirilməsi üzrə işlər davam edir.

Bərpa çərçivəsində Ayasofyanın yeraltı hissələrindəki tunellərdə də qazıntı, təmizləmə və sənədləşdirmə işləri aparılır.

Ərsoy qeyd edib ki, məbədin restovrasiya olunamsındakı əsas məqsəd Fateh Sultan Mehmedin əmanəti olan Ayasofyanı qoruyaraq gələcək nəsillərə çatdırmaqdır.

Qeyd edək ki, Ayasofyada Türkiyənin respublika tarixində ən əhatəli bərpa işləri aparılır.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью