Ayasofyanın altındakı sirr... 9 tunel, 6 yeraltı məkan tapıldı

25.11.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstanbulda yerləşən Ayasofya məscidinin altında yüzillərlə gizli qalan tarixi tunel və yeraltı məkanlar üzə çıxarılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bərpa işləri çərçivəsində 6 yeraltı məkan və 9 tunel müəyyən edilib.

Mütəxəssislər bəzi tunel və məkanların Roma dövrünə aid ola biləcəyini, sonrakı əsrlərdə isə müxtəlif məqsədlərlə istifadə edildiyini ehtimal edirlər.

Tunellərdən birinin Yerebatan Sarnıcına doğru uzandığı müəyyən edilib. Həmin tuneldə təxminən 3 faiz maillik olduğu və hazırda da su axdığı bildirilir. Suyun təbii mənbədən, yoxsa qədim su təchizatı sistemindən gəldiyi araşdırılır.

Yeraltı məkanlarda Ayasofyanın hazırkı tikilisindən daha qədim dövrə aid olduğu ehtimal edilən struktur qatları da aşkarlanıb.

Tunellərin gələcəkdə ziyarətçilərə açılması nəzərdən keçirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью