Ayaz Quliyev: Çətin dövrdən sonra nəhayət ki...

30.11.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Futbol üçün çox darıxmışdım". Sport24.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Ayaz Quliyev deyib.

Yarımmüdafiəçi Misli Premyer Liqasının XV turunda "Səbail"ə qarşı keçirdikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib: "İlin sonunda olsa da, nəhayət ki, yaşıl meydanlara qayıtdım. Həqiqətən çox sevincliyəm. Çətin dövrdən sonra nəhayət ki, qələbə qazana bildik".

Qeyd edək ki, XV turun görüşündə "Sabah" "Bank Respublika Arena"da "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью